Makedoniya Parlamentində toqquşma: 9 yaralı - FOTO

Makedoniya Parlamentində toqquşma: 9 yaralı - FOTO

Makedoniya Parlamentində sədrin seçilməsindən sonra baş verən qarşıdurmada 1-i ağır olmaqla 9 nəfər yaralanıb.
 
Bir qrup maskalı şəxsin zorla parlament binasına girməsindən sonra baş verən hadisələrdə aralarından bəzi millət vəkillərinin də olduğu 9 nəfər yaralanıb. Xəstəxanalara aparılan yaralılardan alban deputat Zijadin Sela vəziyyətinin ağır olduğu bildirilir.
Məclis binası önündə toplaşan millətçisi Daxili Makedon İnqilab Təşkilatı -Makedonyanın Milli Birliyi Demokratik Partiyası (VMRO-DPMNE) tərəfdarlarının etirazı da davam edir.  
 
Digər tərəfdən, son olaraq Makedoniya Sosial Demokratlar Birliyinin (SDSM) sədri Zoran Zaevin üs-başının qan içində olduğu görüntüləri yayılıb. 
Etirazçı VMRO-DPMNE tərəfdarlarının yaratdığı "Bütöv Makedoniya Hərəkat"ı isə sosial şəbəkə vasitəsi ilə hamını paytaxtdakı etirazlara dəstək olmağa çağırıb.
 
Qeyd edək ki, alban milli azlığı təmsil edən partiyanın rəhbəri Tələt Cəfəri səsvermənin nəticələrinə əsasən Makedoniya parlamentinin sədri seçilib. Parlamentin 120 üzvündən 62-si onun namizədliyini dəstəkləyib.  
Sosial-Demokratik İttifaqından sədri Zoran Zayev isə ölkə prezidenti George İvanova parlamentdəki 120 deputatdan 67-nin imzasını təqdim edərək, yeni nazirlər kabinetinin formalaşdırılması üçün ona müvafiq mandatın verilməsini xahiş edib.   
 
Prezident G.İvanov dünya liderlərinə ünvanladığı açıq məktubda bildirib ki, onun məlumatına görə, SDİ-nin platformasının icrası ölkə konstitusiyasının dəyişdirilməsini nəzərdə tutur. Prezident qeyd edib ki, istisna olaraq alban milli azlığın maraqlarına cavab verən bu dəyişikliklər, dövlətin unitarlığını və suverenliyini təhlükə altına salır. G.İvanov bu səbəbdən Zayevə mandat verməkdən imtina edib. (faktxəbər)

Google+ WhatsApp ok.ru