Makedoniyadakı məscid divarına `xaçlı` hücum

Makedoniyadakı məscid divarına `xaçlı` hücum

Makedoniyanın şimal-qərbindəki Gostivar şəhərində yerləşən tarixi Saat Məscidinin divarına boyalı xaç çəkilməsi narahatçılıq yaradıb
 
Maide.İnfo "dunyabulteni"nə istinadən xəbər verir ki, Makedoniya Türk Demokratik Partiyası (TDP), Gostivardakı tarixi məscidin divarına naməlum şəxslər tərəfindən xaç işarəsinin qeyd edilməsini "şiddətlə" qınadığını açıqlayıb.
 
Partiyadan verilən açıqlamada, bu cür çirkin hücumların dinlər və millətlər arasında nifrət toxumlarını əkmək istəyənlərin bir oyunu olduğu bildirilərək, "Gostivarda əsrlərdir bir yerdə yaşamış müxtəlif din və millətlərin arasına nifaq toxumları əkməyə çalışan, özünü bilməyən şəxslərin dərhal Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilib, oynanmaya çalışılan oyunları dəf etmələrini tələb edirik", - İfadələrinə yer verilib.
 
Açıqlamada, bu cür hadisələri edənlərə qarşı hər zaman ən sərt davranışın göstəriləcəyi vurğulanıb.
 
Daxili işlər Nazirliyi tərəfindən edilən açıqlamada da hücumun bazar günü axşam meydana gəldiyi bildirilib və hadisənin Gostivar İslam Birliyi əməkdaşları tərəfindən polisə bildirildiyi qeyd edilib.
 
Qırmızı boya ilə məscid divarlarına çəkilən qrafitləri polis mənbələri təsdiq edərkən, hadisənin işıqlandırılması üçün lazımi işlərin başlanıldığı bildirilir. /

Google+ WhatsApp ok.ru