Makedoniya İslam Birliyi İsrail rejiminin əməllərini pisləyib

Makedoniya İslam Birliyinin sədri Süleyman Rəcəbi İsrail rejimi əsgərlərinin Məscidi Əqsaya girərək içəridəki müsəlmanlarla münaqişəsini və məscidə daxil olanlara güc tətbiq etməsini pisləyib.
 
Maide.az "Anadolu" agentliyinə istinadən məlumat verir ki, Rəcəbi İsrail əsgərinin əməlini "nəzarətsiz" və "dəlilik" kimi səciyyələndirərək, üç müqəddəs məkandan biri olan Məscidi Əqsaya edilən hücumun İslama və müsəlmanlara təcavüz mənası daşıdığını deyib.
 
Hücumları pisləyən Rəcəbi, sülh və ədalət tərəfdarlarına müraciət edərək, İsrail əsgərlərinin apardığı vəhşicəsinə tətbiqlərə etiraz göstərmələri lazım olduğunu söyləyib.
 
Rəcəbi, "Beynəlxalq cəmiyyətə, xüsusilə də güclü ölkələrə müraciət edərək, bu ədalətsizliyin bitirilməsini, Allah evlərinin rahat buraxılmasını və insanların ibadətdən məhrum qalmamaları üçün dərhal münasibət göstərmələri lazım olduğunu düşünürəm" deyib.

Google+ WhatsApp ok.ru