Mal əti, quş əti, yumurtanın istehsalçı qiyməti bahalaşıb

Mal əti, quş əti, yumurtanın istehsalçı qiyməti bahalaşıb

Bizimyol.info Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2016-cı ilin yanvar-sentyabr aylarında keçən ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 5,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 13,4 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,7 faiz bahalaşıb. 
 
2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,1 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 1,7 və 0,5 faiz bahalaşıb. 
 
Ay ərzində bitkiçilik məhsullarından baş soğanın istehsalçı qiymətində ucuzlaşma, lobya, xiyar, badımcan, pomidor, bibər, baş sarımsaq, fındıq, armudun istehsalçı qiymətində isə bahalaşma müşahidə olunub. Sentyabr ayında heyvandarlıq məhsullarından mal əti, quş əti, yumurtanın da istehsalçı qiyməti bahalaşıb.
 

Google+ WhatsApp ok.ru