Malayzia müsəlmanlarından “Pivə” festivalına etiraz

Bu ayın sonunda baş tutacaq “Oktoberfest” adlı pivə festivalının baş tutmaması üçün Malayzia  müsəlmanları etiraz ediblər.

Malayzianın Selanqor şəhərində insanları pivə festivalına dəvət edən reklam dərc olandan sonra müsəlman liderləri "oktoberfest" adlı bu festivala qarşı etiraz səslərini ucaldıblar. "Müsəlmanlara xoş olmayan tərəf odur ki, pivə fetsivalı həcc mərasimi keçirilən zül-hiccə ayında  keçirilir"- deyə Malayzialı müsəlman Rosdi Lonq bildirib.
Qeyd edək ki, “oktoberfest” - alman dilindən tərcümədə oktyabr bayram şənliyi deməkdir, "wiesn" adı ilə də məşhurdur.  Bu pivə festivalına hər il 6 milyon insan qoşulur. Bayram hər il olduğu kimi sentyabr ayının ortaları, oktaybrın isə əvvəllərində keçirilir və 16 gün davam edir.
Festivalda atraksionlar və hər növ pivələr sərgilənir. //

Google+ WhatsApp ok.ru