Malayziya Arakanlı müsəlmanları işlə təmin edəcək

Malayziya Arakanlı müsəlmanları işlə təmin edəcək

Malayziya pilot layihə çərçivəsində ölkədə yaşayan və qaçqın statusu almış arakanlı müsəlmanları işə götürəcək. 
 
Maide.Az xəbər verir ki, Malayziya baş nazirinin müavini Əhməd Zahid Hamidi deyib ki, BMT Mühacirlər Yüksək Komissarlığı UNHCR-in qaçqın statusu verdiyi arakanlı müsəlmanlar mart ayının 1-dən ölkədə kənd təsərrüfatı və istehsalat sahəsində işlə təmin olunacaq. 
 
İlk mərhələdə 300 arakanlı müsəlmanıın işlə təmin olunacağını bildirən Ə.Z.Hamidi deyib ki, işə götürülən şəxslər sağlamlıq və təhlükəsizlik baxımdan sığortalanacaq. 
 
Statistik məlumata görə, hazırda Malayziyada 151 min qaçqın yaşayarı ki, onlardan 55 min nəfəri arakanlı müsəlmanlardır.  
 
Myanmar dövləti 1982-ci ildə qərara aldığı qanunda Arakan əyalətinin müsəlmanlarını vətəndaşlıqdan çıxarmışdır. BMT-nin son illərdə verdiyi hesabata görə, Arakan regionunda müsəlmanlar əleyhinə zoraklıq hallarının çoxalması 130 min myanmarlı müsəlmanın öz evindən didərgin düşməsinə səbəb olmuşdur.
 
Qeyd edək ki, 2012-ci ildən başlayaraq Myanmar müsəlmanları buddistlərin hücumlarına məruz qalıb və indiyədək çox sayda müsəlman qətliam edilib, yüzlərlə ev və iş yerləri məhv edilib və minlərlə insan didərgin düşüb. 
 
 

 

Google+ WhatsApp ok.ru