Malayziyada  35 şiə saxlanılıb - FOTO

Malayziyada 35 şiə saxlanılıb - FOTO

Malayzianın  Johor Bahru əyalət polisi  cümə axşamı (dünən gecə)  35 şiəni həbs edib.  
 
Maide.Az xəbər verir ki,  Əhli –Beyt (ə) ardıcılları  cümə axşamı  toplaşaraq  Kumeyl duası oxuyarkən polis  onların toplaşdığı yeri  bağlayıb və özlərini həbs edib. 
Malayziya şəriət məhkəməsi bu gün saxlanılan  35 şiə haqqında qərar çıxaracaq.  
 
Qeyd edək ki, bir müddət öncədə  İmam Hüseynə (ə) əzadarlıq  saxlamaq istəyən  ata və oğul Malaka əyalət polisi tərəfindən saxlanılmışdı. 
 
Polis həmçinin  Aşura axşamı  Malayziyada yaşayan 30 pakistanlı şiəni həbs etmişdi ki, onlardan  22 nəfəri şəirət məhkəməsinə göndərilib. 
 
Malayziyada Əhli-Beyt (ə)  ardıcıllarına  qarşı bundan öncədə  təzyiqlər olmudu.  Belə ki, Malayziyada fəaliyyət göstərən QHT-lər  hökumətdən istəyib ki, şiələrədə də öz  dini ayinlərini yerinə yetirməyə icazə verilsin.
 
 Malayziya məhkəməsi saxlanılan şəxsləri  günahkar hesab edərsə onlar 1200 dollar cərimə və 3-5 il müddətinə azadlıqdan məhrum  edilə bilərlər. 
 
 

Google+ WhatsApp ok.ru