Malayziyada «biznes-сet»lərdə sərnişinlər üçün Quran dərsi təşkil olunacaq 16 Fevral 2017 02:00 Dünya Malayzianın “Elitejets” hava yolları şirkəti "biznes-cet"lərdə sərnişinlər üçün Quran dərsləri təşkil edəcəyini açıqlayıb. Maide.Az “Malay Mail” saytına istinadən xəbər verir ki, Quran dərsləri Malayzia milyonerləri üçün təşkil olunacaq. Sərnişinlər Həcc ziyarətinə və ya digər yerlərə özəl təyyarə ilə uçduqları zaman əgər istəyərlərsə onlara təcrübəli Quran müəllimlərin iştirakı ilə dərslər təşkil olunacaq. “Elitejets” hava yolları şirkətinin baş direktoru Hani Salman deyib ki, bir saat uçuş və Beynəlxalq Quran yarışmalarında qalib olmuş ustadların iştirakı ilə uçuş zamanı Quran dərsi təqribən 5000 dollara başa gəlir. H.Salman deyib ki, qiymət 1 saat özəl təyyarə ilə uçuş paketi üçün nəzərdə tutulur. “ Paketə təyyarənin yanacaq xərci, uçuş lisenziyası, sığorta, və digər xərclərdə daxildir." O deyib ki, əldə olunan vəsaitin bir hissəsi Quran məktəblərinə hədiyyə olunacaq və bir hissəsi də yetimlər və yoxsulların Quran təliminə istifadə olunacaq. Qeyd edək ki, “Elitejets” hava yollarının özəl təyyarələrdə keçiriləcək Quran dərsləri 3 ay sonra başlayacaq. Əlbətdə şirkətin bu addımına Malayziada etirazlar da olunub. Teqlər : #Malayziyada «biznesсet»lərdə sərnişinlər üçün Quran dərsi təşkil olunacaq , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə rejimi Yəməndə qadınların yas mərasimini bombaladı Bəşər Əsəd: `Trampın qadağası Suriya xalqına qarşı deyil`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO