Malayziyada Fələstinə dəstək aksiyası keçirildi

Malayziyada Fələstinə dəstək aksiyası keçirildi

Malayziya Müsəlman Gənclik Hərəkatı Fələstin xalqı ilə həmrəyliklərini göstərmək üçün paytaxt Kuala Lumpurda aksiya keçirib.
 
Maide.az xarici KİV-ə  istinadən xəbər verir ki, Hərəkatın lideri Məhəmməd Əbdül Əziz çıxış edərək BMT Təhlükəsizlik şurasının Fələstinlə bağlı qərarının tətbiq edilməsi və sisonist İsrail rejim rəhbərlərinin Beynəlxalq Ədalət Məhəkəməsində mühakimə edilməsi çün çağırış edib.
 
O, işğal altındakı Fələstin torpaqlarında sionistlərin yaşayış məskənləri salmasının beynəlxalq hüquqa görə qeyri-qanuni olduğu və sionistlərin orada çıxarılmasını istəyib. 
 
Fələstinin Malayziyadakı səfiri Vəlid Əbu Əli Fələstin xalqına verdiyi bu dəstəkdən ötrü Malayziyaya təşəkkür edir.
 
Malayziyadakı “Əl-Fəth” Hərəkatının katibi Yusif Əl Mədhun da Fələstin xalqı ilə həmrəyliyə çağırış edib. O bildirib ki, sionist rejim öz niyyətlərini ABŞ-ın dəstəyi ilə həyata keçirib.
 

Google+ WhatsApp ok.ru