Malayziyada Myanmar müsəlmanlarına dəstək aksiyası

Malayziyada Myanmar müsəlmanlarına dəstək aksiyası

Malayziya xalqı Kuala Lampurda Myanmar müsəlmanlarına dəstək aksiyası keçirib.
 
FransPress-in Kuala-Lampurdan verdiyi məlumata görə, yüzlərlə əhali ötən gün paytaxtın əsas küçəsinin yaxınlığında piket keçirərək Myanma dövləti tərəfindən bu ölkədəki müsəlman azlığına qarşı zorakılıqlara son qoyulmasını istəyiblər. 
 
Malayziya dövləti də ötən gün Myanmar rəhbərlərini ruhingiya müsəlmanları böhranına son qoymağa və Myanmarın ictimaiyyət qarşısında imicinə dəymiş ziyanı düzəltməyə çağırıb. 
 
Qeyd edək ki, avqustun 29-da da Myanmarın Malayziyadakı səfirliyinin yaxınlığında ruhingiya müsəlmanlarına dəstək aksiyası keçirilmişdi. 
 

Google+ WhatsApp ok.ru