Malayziyada oyun vaxtı meydana 2 metr uzunluğunda piton girib

Malayziyada oyun vaxtı meydana 2 metr uzunluğunda piton girib

İlan zərərsizləşdirildikdən sonra turnir davam etdirilib
 
Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən qolf turniri meydana 2 metr uzunluğunda pitonun girməsi səbəbindən dayandırılıb.
 
"Daily Mail"ə istinadən verilən məlumata görə, "PGA Tour" adlı yarışın təşkilatçıları ilan ovu xidmətinə müraciət edib. Mütəxəssislər pitonu tutaraq xüsusi kisəyə yerləşdiriblər. Bundan sonra turnir davam etdirilib.
 
Qeyd edək ki, 1991-ci ildən istifadədə olan qolf sahəsində vəhşi heyvanlara tez-tez rast gəlinir. (report) /
 

Google+ WhatsApp ok.ru