Malayziyada polis Əhli-Beyt (ə) aşiqlərinin əzadarlıq məclisini dağıdıb, ruhanini həbs edib -FOTO

Malayziyada polis Əhli-Beyt (ə) aşiqlərinin əzadarlıq məclisinə hücum edib, əzadarlıq məclisini dağıdıb və məclis təşkilatçısını həbs edib. 
Maide.az xəbər verir ki, Tasua axşamı Malayziyanın Kuala Lumpur şəhərində “İmam Rza (ə)” hüseyniyyəsinə polis hücum edib. Bu hüseyniyyədə əzadarlıq edən Əhli-Beyt (ə) aşiqlərinin məclisini dağıdıb və hüseyniyyənin ruhanisi və məclisin təşkilatçısı Hacı Məhəmməd Kamil Züheyri bin Əbdül Əzizi və onunla birlikdə 15 əzadarı həbs edib və polis bölməsinə aparıblar. 
Qeyd edək ki,  2010-cu ildə də Mlayziya polisi İmam Rza (ə) hüseyniyyəsinə hücum etmişdi. /
 
 
 
 

Google+ WhatsApp ok.ru