Malcolm X şəhadətinin 55-ci ildönümü Nyu Yorkda yad edildi

Malcolm X şəhadətinin 55-ci ildönümü Nyu Yorkda yad edildi

ABŞ-da irqçiliklə mübarizənin rəmzlərindən sayılan müsəlman ictimai fəal Malcolm X (Hacı Malik Əl-Şahbaz) şəhadətinin 55-ci ildönümü münasibətilə Nyu Yorkda  mərasim təşkil olunub. 
 
Maide.Az   “Anadolu” agentliyinə istinadla xəbər verir ki,  yaşadığı dövrdə ABŞ-da hakim olan irqçiliyə qarşı təsirli mübarizəylə bütün dünyada kütlələrin böyük hörmətini qazanan Malkolm X-in şəhadətinin 55-ci ilində sevənləri məzarını ziyarət edərək dua edib.
 
Yüzlərlə insan Nyu Yorkun şimalındakı Grinburqdakı Fernklif qəbiristanlığına və 21 fevral 1965-ci ildə öldürüldüyü Harlemdəki Manhetten Audubon Zalının yanına toplanıb. 
 
Bəzi insanlar Malkolm X-in məzarına gül qoysa da, bəziləri onun xatirəsi və qurbanlarını göz yaşları ilə xatırladı.
 
Afroamerikalılara qarşı ayrıseçkilik əleyhinə mübarizə aparan Malkolmın xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər ABŞ-ın digər ştatlarında da keçirilib.
 

Google+ WhatsApp ok.ru