Müalicə edilməyən qrip ciddi xəstəliklərə yol açır

Müalicə edilməyən qrip ciddi xəstəliklərə yol açır

Hər il dünyada 600 milyon insana təsir edən qripin, xüsusilə keçid fəsillərində artım göstərdiyini bildirən mütəxəssislər nəzarət altına alınmayan qrip infeksiyasının, sətəlcəm və meningit kimi ciddi xəstəliklərə də zəmin hazırladığını ifadə etdilər.
 
 
Qripə bağlı olaraq ortaya çıxan bu xəstəliklər səbəbindən hər il təxminən 500 min insan həyatını itirdiyini söyləyən mütəxəssislər qripdən qorunmaq üçün zəruri tədbirləri belə sıraladı: "Əllərin təmizliyi çox əhəmiyyətlidir. Əllər tez-tez yuyulmalıdır. Bol su və sabun ilə iki dəqiqəlik yuma, qrip mikrobunun yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır. Evdə yaşayan bütün fərdlərin də əllərin təmizliyinə diqqət yetirməlidir.
 
 
Əllər bir müddət yuyulmasa, üz, göz və ağızla təmas yarana bilər. Əllə toxunulan mətbəx dəzgahı, əlüzyuyan kimi səthlər gigiyenik vasitələr ilə təmizlənməlidir. Çünki bu səthlər virusları özündə saxlayır.
Qrip keçirən şəxslərlə və istifadə etdikləri əşyalarla təmasdan çəkinmək çox əhəmiyyətlidir.     (deyerler.org)
 

Google+ WhatsApp ok.ru