Maliki: `Peşmərgənin Mosulu İŞİD-ə verdiyinə dair sənədlərim var`

İraqın keçmiş baş naziri Nuri Əl-Maliki Mosulun İŞİD-in əlinə düşməsində Kürdüstan bölgəsindəki rəhbərliyi günahlandırıb.
 
Maide.az xəbər verir ki, Nuri Maliki Kürdüstanın İraq ordusuna geri çəkilmə və Mosulda döyüşməmək tələbinin çatdırdığı bir sənədin əlində olduğunu söyləyib.
 
O, İŞİD-in şiələr və Maliki ilə döyüşməyə gəldiyini deyərək, ordu hissələrinin müharibəyə qatılmamalarının əmr edildiyini, 3-cü Diviziya komandirinin bu səbəbdən geri çəkilərək, qaçdığını bildirib.
 
Keçmiş baş nazir həmçinin, "Kürdlər ictimaiyyətə açıqlamalar verərək, bu müharibənin onlara aid olmadığını dedilər və hər kəs döyüş meydanından çəkildi. Ordunun dağılması üçün 35-40 faiz geri çəkilmə kifayət etdi", - deyib.
 
Maliki, İŞİD-in getməsi ehtimalına qarşı bir əməliyyat otağı qurulduğunu və plan hazırlandığını, ancaq ordu komandirlərinin döyüşmədən geri çəkildiklərini bildirib.

Google+ WhatsApp ok.ru