İmam Əlinin (ə) mübarək hərəmindən gətrilmiş bayraq Rəhimə xanım (s.ə) ziyarətgahında - Fotolar

İmam Əlinin (ə) müqəddəs hərəmindən ölkəmizə gətrilmiş bayraq Nardaran Rəhimə xanım (s.ə) ziyarətgahında nümayiş olunaraq ziyarətgaha hədiyyə olundu. 

 Bu gün İraq Respublikasının müqəddəs Nəcəfül-Əşrəf şəhərindən ölkəmizə qonaq gəlmiş İmam Həzrəti Əli (ə)-ın mübarək hərəminin xadimləri, "Həzrəti Əli ziyarətgahı"nın Xarici əlaqələr şöbəsinin müdiri Hüccətul islam vəl muslimin Şeyx Məhhəmd Kəəbi və "Həzrəti Əli ziyarətgahı"nın"Quran Evi"nin rəhbəri Hüccətul islam vəl muslimin Əbdüləziz Musəvi, İraqda yerləşən müqəddəs hərəmlərin Azərbaycandakı nümayəndəsi Hacı Atif İsmayıl müqəddəs məzarı-şərifi Nardaran qəsəbəsində yerləşən Rəhimə xanım (s.ə) ziyarətgahına təşrif buyurmuşlar.

















Ziyarətgahın rəhbər heyəti, xadimləri və Rəhimə xanım (s.ə) ziyarətgahının axundu, ilahiyyatçı alim Hüccətul islam vəl muslimin Hacı Şeyx Fədai ilə tanışlıq və səmimi söhbətdən sonra qonaqlar özləri ilə Nəcəf şəhərindən gətirdikləri İmam Həzrəti Əli (ə)-ın mübarək hərəminin bayrağını ziyarətgahda nümayiş etdirərək, "Həzrəti İmam Əli bayrağı" adlandırılan və hərəmin üzərində dalğalanan bayrağı Nardaran Rəhimə xanım (s.ə) ziyarətgahına hədiyyə etdilər.







Dəyərli qonaqlar həmçinin Həzrəti Əli (ə)-ın mübarək məzarı üzərində 70 il müddətində duran "qiymətli daş parçası"nı təbərrükən Nardaran Piri ziyarətgahı kompleksinə bəxşiş etdilər. 





Qonaqlar mübarək hərəmlərdən gətirdikləri digər qiymətli hədiyyələri ziyarətgah xadimlərinə və gələn zəvvarlara payladılar.






 Qonaqlar daha sonra ziyarətgahın Hüseyniyyəsində təşkil olunan Cümə namazında iştirak edərək Hüccətul islam vəl muslimin Hacı Şeyx Fədainin"Cümə xütbəsi"-ni dinlədilər. Hüccətul islam vəl muslimin Şeyx Məhhəmd Kəəbi və Əbdüləziz Musəvi Nəcəf şəhərindən gətirdikləri İmam Həzrəti Əli (ə)-ın mübarək hərəminin bayrağını burda da nümayiş etdirdilər.











 Daha sonra qonaqlar Nardaran qəsəbəsində yerləşən "Sahib əz Zaman (ə.f)" adına mədrəsəni ziyarət edərək burda olan qiymətli kitablarla tanış oldular.

Google+ WhatsApp ok.ru