İmam Əlinin (ə) hərəmini `Məbəs` bayramı gecəsi milyonlarla zəvvar ziyarət etdi –FOTO

İmam Əlinin (ə) hərəmini `Məbəs` bayramı gecəsi milyonlarla zəvvar ziyarət etdi –FOTO

Həzrəti İmam Əlinin (ə) hərəmini Məbəs bayramı münasibəti ilə ötən gecə milyonlarla zəvvar ziyarət edib. 
 
Maide.Az xəbər verir ki, İraqın müxtəlif şəhərlərindən, həmçinin digər ölkələrdən zəvvarlar Nəcəf şəhərinə gəlib.  
 
Nəcəf əyalət rəsmisi Məcid Zeyni bildirib ki, İmam Əlinin (ə) zəvvarlarına yaxşı xidmət göstərmək məqsədilə bu gün ("Məbəs" bayramı gününü) Nəcəf şəhərində rəsmi tətil günü elan olunub. 
 
Zəvvarların təhlükəsizlyini təmin etmək üçün aidiyyatı qurumlar lazımi tədbirlər görüb.  
 
Qeyd edək ki, Rəcəb ayının 27-ci günü (Aprelin 25-i) İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlarından biridir.
 

Google+ WhatsApp ok.ru