İmam Əlinin (ə) hərəmində Həzrət Əli Əkbərin (ə) mübarək mövludu keçirilib - FOTO

İmam Əlinin (ə) hərəmində Həzrət Əli Əkbərin (ə) mübarək mövludu keçirilib - FOTO

Bu gün hicri-qəməri təqvimi ilə şəban ayının 11-i, İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mübarək mövludu günüdür. İmam Hüseyn (ə) Kərbəlada Əhli-Beytinin (ə) ilk şəhidi olan Həzrət Əli Əkbər (ə) barədə belə demişdir: "İlahi sən şahid ol! Bu qövmün önünə bir cavan çıxıb ki, xəlqində (görüşündə), xülqündə (əxlaqında) və məntiqində (danışıq tərzində) Allah Rəsuluna (s) bu cəmiyyətin içində ən oxşar insandır".
 
Həzrət Əli Əkbərin (ə) mübarək mövludu münasibətilə Nəcəfül Əşrəfdəki İmam Əlinin (ə) mütəhhər hərəminin rəhbərliyi və xuddamlarının iştirakı ilə İmam Əlinin (ə) hərəminin qübbəsinin qarşısında mərasim keçirilib.
 
Əllərində güllərlə İmam Əlinin (ə) qübbəsinin qarşısında dayanan mərasim iştirakçıları mövlud münasibətilə bir birindən gözəl surudlar, şeirlər və mədhiyyələr söyləyib. (deyerler) /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru