İmam Əlinin (ə) hərəmi ziyarətçilər üçün bir sıra layihələr həyata keçirib - FOTO

İmam Əlinin (ə) hərəmi ziyarətçilər üçün bir sıra layihələr həyata keçirib - FOTO

Nəcəfül Əşrəfdəki İmam Əlinin (ə) pak hərəminin mühəndis-texniki idarəsi ziyarətçilərin rahatlığı üçün bir sıra xidməti layihələri həyata keçirib.
 
Şöbə müdiri Əli Abdul Zahra görülən işlərlə bağlı belə danışıb: "İmam Əlinin (ə) pak hərəminin mühəndis-texniki idarəsi yüksək xidmət səviyyələrini ziyarətçilərə təqdim etmək üçün bir sıra xidmət layihələrini icra etdi. İdarə, həmçinin hərəmin Fatimeyi-Zəhra (s.ə) səhninin qadın və kişi hissələrini ayıran şüşə arakəsmələrin yerləşdirilməsini başa çatdırmışdır.
 
Təmir işləri qızıl qapıların, qübbənin və taxta qapıların şüşə üzlüklərlə örtülməsi və İmam Əlinin (ə) pak hərəminin içərisində və xaricində bir sıra işləri əhatə edir.
 
Şöbə enerji istehlakının azaldılması məqsədilə İmam Əlinin (ə) pak hərəmində yeni elektrik generatorları qurmağı planlaşdırıb.
 
Bundan başqa Nəcəfül Əşrəfdə hərəmə gedən yollar şampunlu su ilə yuyulub. (deyerler) /
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru