İMAM ƏLİ (Ə) VƏ ASİMİN HƏYAT TƏRZİNƏ ETİRAZ

İMAM ƏLİ (Ə) VƏ ASİMİN HƏYAT TƏRZİNƏ ETİRAZ

-- Ey öz canının düşməni!...

“Cəməl” müharibəsi qurtardıqdan sonra İmam Əli (ə) Bəsrə şəhərinə daxil oldu. Bəsrədə olduğu müddətdə, bir gün, o həzrət Əla ibn Ziyad Harisi adlı dostlarından birini görməyə getdi. Onun gözəl və geniş evi var idi. İmam Əli (ə) o böyüklük və genişlikdə evi gördükdə, Əla ibn Ziyad Harisiyə dedi:

- “Bu genişlikdə ev dünyada sənin hansı işinə yarayır, halbuki, belə geniş evə axirət aləmində ehtiyacın daha çoxdur?! Əgər həmin dünya evini axirət aləmində geniş bir evə çevirmək istəyirsənsə, gərək, bu evdə qonaq qəbul edə, qohumlarla əlaqə yaradasan, həmçinin evini təkcə şəxsi mənafe və fərdi istifadə üçün nəzərdə tutmayasan”.

O dedi:

- “Ey Əmirəlmöminin, qardaşım Asimdən sənə şikayətim var”.

- “Nə şikayətin var?”

“O, tərki-dünya olub. Köhnə paltar geyinmiş, camaatdan ayrılmış, bir guşəyə çəkilmiş, hər şeydən və hamıdan kənarlaşmışdır.”

İmam Əli (ə) buyurdu:

- “Onu bura çağırın!”

Asimi onun hüzuruna gətirdilər. İmam Əli (ə) üzünü ona tutaraq buyurdu:

يَا عُدَيَّ نَفسِهِ! لَقَدِ استَهَامَ بِكَ الخَبِيثُ! اءَمَا رَحِمتَ اءَهلَكَ وَوَلَدَكَ؟! اءَتَرَى اللّهَ اءَحَلَّ لَكَ الطَّيِّبَاتِ، وَهُوَ يَكرَهُ اءَن تَاء خُذَهَا؟! اءَنتَ اءَهوَنُ عَلَى اللّهِ مِن ذلِكَ!

“Ey öz canının düşməni! Şeytan sənin əqlini oğurlamışdır. Niyə öz əhli-əyalına rəhm etmirsən? Elə hesab edirsən ki, dünyanın gözəl nemətlərini sənin üçün halal və rəva bilən Allah (c.c) sənin onlardan istifadə etməyindən narazıdır? Sən Allah yanında bundan kiçiksən (aşağısan)”.

Asim:

“Ya Əmirəlmöminin, sən, özün də heç vaxt yumşaq paltar geyinmir, ləzzətli xörəklər yemirsən. Ona görə də mən sənin gördüyün işi görür və sən gedən yolu gedirəm”.

İmam Əli (ə) onu danlayaraq buyurdu:

وَيـحـَكَ، إِنِّى لَسـتُ كـَاءَنـتَ، إِنَّ اللّهَ تـَعـَالَى فـَرَضَ عـَلَى اءَئِمَّةِ العـَدلِ اءَن يُقَدِّرُوا اءَنفُسَهُم بِضَعَفَةِ النَّاسِ، كَيلاَ يَتَبَيَّغَ بِالفَقِيرِ فَقرُهُ.

“Sən səhv edirsən. Bizim fərqimiz var; mən vəzifə sahibiyəm, sən isə vəzifə sahibi deyilsən. Mən rəhbərlik və hökumət libasındayam. Hakim və rəhbər vəzifəsi fərqli bir vəzifədir. Allah ədalətli rəhbərlərə vacib edib ki, öz yaşayış tərzini millətinin ən zəif və yoxsul təbəqəsinin həyatı ilə uzlaşdırsın və camaatın ən yoxsulu yaşayan kimi yaşasınlar. Bununla da, təbəqələr bir-birinə mənfi təsir göstərməsin. Ona görə də, mənimlə sənin vəzifən fərqlidir”.

Bu hadisədən sonra Asim libaslarını dəyişib, kəsb-ticarət üçün evdən çıxdı.

(“Nəhcül-bəlağə”, xütbə 209; “Nəhcül-bəlağə”, Şərhi-İbn Əbilhədid, 11-ci cild, səh.35).

(Maide.Az)

 

Google+ WhatsApp ok.ru