İmam Əliyə (ə) məxsus qədim Qurani-Kərim nümayiş olunub – FOTO

İmam Əliyə (ə) məxsus qədim Qurani-Kərim nümayiş olunub – FOTO

İraqın Nəcəf şəhərində İmam Əlinin (ə) müqəddəs hərəminin  təşkil etdiyi Qədir-Xum beynəlxalq festival çərçivəsində  İmam Əliyə (ə) məxsus ən qədim Qurani-Kərim nüsxəsi nümayiş olunub.  
 
Maide.Az "hawzahnews" a istinadla xəbər verir ki, ötən gün İmam Əlinin (ə) hərəmində qədim əlyazmalar sərgisi öz işinə başlayıb.  
 
Həmin sərgidə nümayiş olunan Qurani-Kərim hicrətin 40-ci ilində mövla Əlinin (ə) xətti ilə yazılıb.  
 
İmam Əlinin (ə) hərəminin məsul şəxslərindən olan Faiz Əbdül-Hüseyn  deyib ki, sərgidə nümayiş olunan bəzi əlyazma nüsxələr ilk dəfədir ki, nümayiş olunur. “İlk dəfə nümayiş olunan əsərlərdən biri də İmam Əliyə (ə) məxsus ən qədim Quran nüsxəsidir. Bu Quranın yazılma tarixi 1400 il öncəyə çatır və İmam Əlinin (ə) öz xətti ilə yazılıb”. 
 
O qeyd edib ki, tezliklə İmam Əlinin (ə) hərəminin Həzrət Zəhra (s.ə)  eyvanında  muzey fəaliyyətə başlayacaq. “Muzeydə  İmam Əli (ə) hərəminə məxsus  qiymətli və tarixi əsərlər sərgilənəcək”. 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru