İmam Əlinin (ə) hərəmində Həzrət Peyğəmbərin (s) rehləti münasibətilə əzadarlıq - FOTO

İmam Əlinin (ə) hərəmində Həzrət Peyğəmbərin (s) rehləti münasibətilə əzadarlıq - FOTO

İraqın Nəcəf şəhərində İmam Əlinin (ə) hərəmində  Həzrət Peyğəmbərin (s) rehləti  münasibətilə  ötən axşam əzadarlıq məclisi təşkil olunub. 
 
Maide.Az “imamali-a.com”a istinadla xəbər verir ki,  7 noyabr ( 28 səfər) Həzrət Peyğəmbərin (s) rehləti və İmam Həsənin (ə) şəhadət günü münasibətilə İraqın daxilində və digər ölkələrdən minlərlə zəvvar İmam Əlinin (ə) hərəmində əzadarlıq edib. 
 
Məlumata əsasən, İraqın daxilində Bağdad, Kərbəla, Nəcəf və Babildən 150 mokib, eləcədə digər ölkələrdən mokiblər əzadarlıq edib. 
 
Eləcədə İmam Əlinin (ə) hərəmindən Peyğəmbərin rehləti münasibətilə keçirilən əzadarlıq mərasimini 15 peyk kanalı canlı yayımlayıb. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru