İmam Əlinin (ə) hərəminin günbəzinə 'Ya Seyyidun Nəbiyul Mursəlin' qara bayraq sancıldı

İmam Əlinin (ə) hərəminin günbəzinə 'Ya Seyyidun Nəbiyul Mursəlin' qara bayraq sancıldı

Peyğəmbəri Əkrəm Muhəmməd Mustafanın (ə) rehləti ərəfəsində Nəcəfül Əşrəfdəki İmam Əlinin (ə) mütəhhər hərəminin qızılı günbəzində "Ya Seyyidun Nəbiyul Mursəlin" yazılmış qara bayraq asılıb.  

 
Deyerler.org İmamali saytına istinadən xəbər verir ki, matəm əyyamının daxil olmasının əlaməti kimi, hərəmin qızılı zərihinin üzərinə də qara örtük yerləşdirilib.  
 
    İmam Əlinin (ə) mütəhhər hərəmində bu münasibətlə keçiriləcək mərasimlərdə on minlərlə insanın qatılması gözlənilir. Artıq Nəcəfül Əşrəfdə təhlükəsizlik səviyyəsi gücləndirilib. Müqəddəs ziyarətgahda koronavirusla bağlı sağlamlıq protokollarına tam riayət olunaraq, zəvvarlar daxilə buraxılır.
 

Google+ WhatsApp ok.ru