İmam Əlinin (ə) hərəmində Həzrət Zəhranın (s) mövluduna hazırlıq - FOTO 02 Fevral 2021 10:28 Xəbərlər 3 fevral – 20 Cəmadiyus-sani - Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövlud günüdür Nəcəfdə İmam Əlinin (ə) hərəmində Peyğəmbərimizin (s) yadigarı, dünya və axirət xanımlarının seyyidəsi Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu üçün bayram hazırlıqları görülüb. Maide.Az xəbər verir ki, Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu ərəfəsində İmam Əlinin (ə) pak hərəmi minlərlə tər gül-çiçəklə bəzədilib. Bəzədilmə işləri çərçivəsində hərəmin səhnlərində, sütunlu dəhlizlərində və meydanlarında nəhəng mövlud bayraqları və plakatları asılıb. Bundan başqa, hərəmin qızılı günbəzi, minarələri və sütunlarına mövlud bayrağı yerləşdirilib. Teqlər : #İmam,#Əlinin,#(ə),#hərəmində,#Həzrət,#Zəhranın,#(s),#mövluduna,#hazırlıq,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ruhani Hacı İlham Əliyevin məhkəməsi keçirilib Milli Məclisin Sədri İran səfiri ilə görüşüb
Azərbaycana idxal olunan bu avtomobillərə tətbiq edilən vergi və gömrük rüsumlarına yenidən baxılacaq