İmam Əlidən (ə) 12 hədis-3

İmam Əlidən (ə) 12 hədis-3

25 Fevral – 13 Rəcəb – İmam Əmirəlmöminin Əlinin (ə) mövlud günüdür;

1-Gələcəkdən xəbər

İmam Əli (ə) buyurmuşdur:

يَأْتِي عَلَى النَّاسِ زَمَانٌ لَا يُقَرَّبُ فِيهِ إِلَّا الْمَاحِلُ وَ لَا يُظَرَّفُ فِيهِ إِلَّا الْفَاجِرُ وَ لَا يُضَعَّفُ فِيهِ إِلَّا الْمُنْصِفُ يَعُدُّونَ الصَّدَقَةَ فِيهِ غُرْماً وَ صِلَةَ الرَّحِمِ مَنّاً وَ الْعِبَادَةَ اسْتِطَالَةً عَلَى النَّاسِ فَعِنْدَ ذَلِكَ يَكُونُ السُّلْطَانُ بِمَشُورَةِ الْإِمَاءِ وَ إِمَارَةِ الصِّبْيَانِ وَ تَدْبِيرِ الْخِصْيَانِ

“İnsanlar üçün bir dövran gələcək ki, o zamana şaha sözgəzdirəndən başqa heç kəs yaxın olmayacaq, əməli çirkin olan yalançıdan başqa heç kəs zirək adlandırılmayacaq və əməli düz olan insaflıdan başqa heç kəs zəif və aciz sayılmayacaq. O zaman Allah yolunda sədəqə verməyi zərər, qohumlarla əlaqə saxlamağı minnət və Allaha bəndəçilik etməyi xalqdan üstünlük amili hesab edəcəklər! Həmin dövrdə padşahlıq kənizlərin (avara qadınların) məşvərəti, uşaqların (təcrübəsiz şəhvətpərəst gənclərin) hökmdarlığı, xədimlərin (alçaq kişilərin) tədbiri ilə olacaq.” (“Nəhcül-bəlağə”, hikmət 98.)

2-Həqiqi möhtacları unutma...

İmam Əli (ə) buyurmuşdur:

إِنَّ مَالَكَ لَا يُغْنِي كُلَّ الْخَلْقِ فَاخْصُصْ بِهِ أَهْلَ الْحَقِّ

“Həqiqətən, sənin malın bütün insanları varlandıra bilməz, elə isə, onu daha çox haqlı olana (həqiqi ehtiyacı olana) ver.” (“Uyunul-hikəm vəl-məvaiz”, Leysi, səh.156, hədis 3386.)

3-Əməlsiz şəxsin duası

İmam Əli (ə) buyurmuşdur:

الدَّاعِی بِلا عَمَلٍ کَالرَّامِی بِلا وَتَرٍ

“Əməlsiz dua edən şəxs oxsuz kaman atana bənzəyir.” (“Nəhcül-bəlağə”, hikmət 337.)

4-Bədbinlik və xoşbinlik zəmanəsi

İmam Əli (ə) buyurmuşdur:

إِذَا اسْتَوْلَى الصَّلَاحُ عَلَى الزَّمَانِ وَ أَهْلِهِ ثُمَّ أَسَاءَ رَجُلٌ الظَّنَّ بِرَجُلٍ لَمْ تَظْهَرْ مِنْهُ خِزْيَةٌ فَقَدْ ظَلَمَ وَ إِذَا اسْتَوْلَى الْفَسَادُ عَلَى الزَّمَانِ وَ أَهْلِهِ فَأَحْسَنَ رَجُلٌ الظَّنَّ بِرَجُلٍ فَقَدْ غَرَّرَ

“Zəmanəyə və onun insanlarına yaxşılıq hakim olduğu zaman rüsvayçılığı aşkar olmayan birinə qarşı bədbin olan kəs ona zülm edib. Zəmanəyə və onun insanlarına fəsad və pozğunluq hakim olduğu zaman başqasına nikbin olan şəxs isə özünü təhlükə və həlakətə atıb.” (“Nəhcül-bəlağə”, hikmət 110.)

5-Haqqa zülm edənlər

İmam Əli (ə) buyurmuşdur:

ظَـلَمَ الْحَقَّ مَنْ نَصَرَ الْباطِلَ

“Batilə kömək edən haqqa zülm etmişdir.” (“Qurərul-hikəm”, hədis 6041.)

6-“Bizdən daha güclü kimdir?deyənlərin aqibəti

İmam Əli (ə) buyurmuşdur:

وَ اتَّعِظُوا فِيهَا بِالَّذِينَ قَالُوا مَنْ أَشَدُّ مِنَّا قُوَّةً، حُمِلُوا إِلَى قُبُورِهِمْ فَلَا يُدْعَوْنَ رُكْبَاناً، وَ أُنْزِلُوا الْأَجْدَاثَ فَلَا يُدْعَوْنَ ضِيفَاناً

“Dünyada: Bizdən daha güclü kimdir? – deyən kəslərin aqibətindən ibrət alın. Onlar süvari sayılmadıqları halda (tabuta) mindirildilər və qonaq sayılmadıqları halda qəbrə göndərildilər.” (“Nəhcül-bəlağə”, (Sübhi Saleh), xütbə 111.)

7-Alicənab insanların dəyəri

İmam Əli (ə) buyurmuşdur:

عِندَ الإِيثارِ عَلَى النَّفسِ تَتَبَيَّنُ جَواهِرُ الكُرَماءِ

“Alicənab insanların cövhəri (qiyməti) fədakarlıq (ehtiyacı olduğu halda özündən keçmək) zamanı bilinər.” (“Mizanul-hikmət”, c.1, səh17.)

8-Ən ağır günah

İmam Əli (ə) buyurmuşdur:

أَشَدُّ الذُّنُوبِ مَا اسْتَهَانَ بِهِ صَاحِبُهُ

“Ən ağır günah insanın yüngül və kiçik hesab etdiyi günahdır.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 340.)

9-Dünya dostlarının misalı

İmam Əli (ə) buyurmuşdur:

لَا تَسْتَكْثِرَنَّ مِنْ إِخْوَانِ الدُّنْيَا فَإِنَّكَ إِنْ‏ عَجَزْتَ‏ عَنْهُمْ‏ تَحَوَّلُوا أَعْدَاءً وَ إِنَّ مَثَلُهُمْ كَمَثَلِ النَّارِ كَثِيرُهَا يُحْرِقُ وَ قَلِيلُهَا يَنْفَعُ

“Dünya dostlarının sayını ətrafında çoxaltma, çünki onların dünyasını təmin etməkdən aciz qaldıqda, düşməninə çevriləcəklər. Həqiqətən, onların misalı odun misalıdır, onun çoxu yandırar, azı isə faydalı olar.” (“Üyunul-hikəm vəl-məvaiz”, səh.527, hədis 9588.)

10-Beş mühüm vəsiyyət

İmam Əli (ə) buyurmuşdur:

أُوصِيكُمْ بِخَمْسٍ لَوْ ضَرَبْتُمْ إِلَيْهَا آبَاطَ الْإِبِلِ لَكَانَتْ لِذَلِكَ أَهْلًا لَا يَرْجُوَنَّ أَحَدٌ مِنْكُمْ إِلَّا رَبَّهُ وَ لَا يَخَافَنَّ إِلَّا ذَنْبَهُ وَ لَا يَسْتَحِيَنَّ أَحَدٌ مِنْكُمْ إِذَا سُئِلَ عَمَّا لَا يَعْلَمُ أَنْ يَقُولَ لَا أَعْلَمُ وَ لَا يَسْتَحِيَنَّ أَحَدٌ إِذَا لَمْ يَعْلَمِ الشَّيْ ءَ أَنْ يَتَعَلَّمَهُ وَ عَلَيْكُمْ بِالصَّبْرِ فَإِنَّ الصَّبْرَ مِنَ الْإِيمَانِ كَالرَّأْسِ مِنَ الْجَسَدِ وَ لَا خَيْرَ فِي جَسَدٍ لَا رَأْسَ مَعَهُ وَ لَا فِي إِيمَانٍ لَا صَبْرَ مَعَهُ

“Sizə beş vəsiyyət edirəm ki, onları əldə etmək üçün (dabanlarınızla) dəvələrin qarnının altına vurmağınıza (əzab-əziyyəti özünüzə rəva bilməyinizə) dəyər:

1. Heç biriniz öz Rəbbindən başqasına ümidvar olmasın;

2. Öz günahından başqa bir şeydən qorxmasın;

3. Ondan bilmədiyi bir məsələ soruşulduqda, “bilmirəm” deməkdən utanmasın;.

4. Bilmədiyini öyrənməkdən utanmasın;

5. Səbrli və təmkinli olun. Çünki səbrin imana nisbəti başın bədənə nisbəti kimidir. Başsız bədəndə və səbrsiz imanda xeyir olmaz.” (“Nəhcül-bəlağə”, hikmət 79.)

11-Sizi dünyaya rəğbətləndirən şəxsə qulaq asmayın

İmam Əli (ə) buyurmuşdur:

وَ لا تَضَعُوا مَنْ رَفَعَتْهُ التَّقْوى‏، وَ لا تَرْفَعُوا مَنْ رَفَعَتْهُ الدُّنْيا، وَ لا تَشيمُوا بارِقَها، وَ لا تَسْمَعُوا ناطِقَها، وَ لا تُجيبُوا ناعِقَها

“Təqvanın ucaltdığı şəxsi alçaltmayın və dünyanın qaldırdığı şəxsi qaldırmayın (yüksək məqam sahibi hesab etməyin). Dünyanın bərbəzəklərinə göz dikməyin. Sizi dünyaya rəğbətləndirən şəxsə qulaq asmayın və səsinə cavab verməyin.” (“Nəhcül-bəlağə”, xütbə 191.)

12-Zalım və məzlumun günü

İmam Əli (ə) buyurmuşdur:

يَوْمُ الْمَظْلُومِ عَلَى الظَّالِمِ أَشَدُّ مِنْ يَوْمِ الظَّالِمِ عَلَى الْمَظْلُومِ

“Məzlumun zalım üzərindəki günü  zalımın məzlum üzərindəki günündən daha ağır və çətindir.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 233.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru