İmam Əlidən (ə) 12 hədis-4

İmam Əlidən (ə) 12 hədis-4

1-Allah yaxşılıq edənləri sevir

İmam Əli (ə) buyurmuşdur:

لَا يُزْهِدَنَّكَ فِي الْمَعْرُوفِ مَنْ لَا يَشْكُرُهُ لَكَ فَقَدْ يَشْكُرُكَ عَلَيْهِ مَنْ لَا يَسْتَمْتِعُ بِشَيْ ءٍ مِنْهُ وَ قَدْ تُدْرِكُ مِنْ شُكْرِ الشَّاكِرِ أَكْثَرَ مِمَّا أَضَاعَ الْكَافِرُ وَ اللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ

“Sənin yaxşılığının müqabilində təşəkkür etməyən kəs səni yaxşılıq etmək həvəsindən salmasın. Çünki sənə o yaxşılığına görə həmin yaxşılıqdan bəhrələnməyən kəs (Allah) təşəkkür edəcək və sən təşəkkür edənin təşəkküründən (Allahın sənə verəcəyi mükafatdan), o nankorun zay etdiyindən çox şey əldə edəcəksən. Allah yaxşılıq edənləri sevir.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 195.)

2-Əzabdan qurtulmaq üçün iki sığınacaq

İmam Əli (ə) buyurmuşdur:

كَانَ فِي الْأَرْضِ أَمَانَانِ مِنْ عَذَابِ اللَّهِ وَ قَدْ رُفِعَ أَحَدُهُمَا فَدُونَكُمُ الْآخَرَ فَتَمَسَّكُوا بِهِ: أَمَّا الْأَمَانُ الَّذِي رُفِعَ فَهُوَ رَسُولُ اللَّهِ (صلى الله عليه وآله) وَ أَمَّا الْأَمَانُ الْبَاقِي فَالِاسْتِغْفَارُ قَالَ اللَّهُ تَعَالَى وَ ما كانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَ أَنْتَ فِيهِمْ وَ ما كانَ اللَّهُ مُعَذِّبَهُمْ وَ هُمْ يَسْتَغْفِرُون

“Yer üzündə Allahın əzabından qurtulmaq üçün iki sığınacaq var: onlardan biri əldən çıxdı, digəri isə sizin yanınızdadır. Buna görə də ondan yapışın. Əldən çıxmış sığınacaq Allahın Peyğəmbəridir (s). Qalan sığınacaq isə istiğfar və (günahlar üçün) bağışlanma diləməkdir. Allah-Taala buyurur: “(Ya Peyğəmbər!) Nə qədər ki, sən onların arasındasan, Allah onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!(“Nəhcül-bəlağə”, qısa kəlamlar 85.)

3-“Beytül-mal”ı mənimsəyənlər...

İmam Əli (ə) məmurlarından birinin “beytül-mal”ın xərcində haqsızlığa yol verdiyi haqda məlumat əldə etdikdə, hesabat verməsini tələb edir:

فَقَدْ بَلَغَنِي عَنْكَ أَمْرٌ إِنْ كُنْتَ فَعَلْتَهُ فَقَدْ أَسْخَطْتَ رَبَّكَ وَ عَصَيْتَ إِمَامَكَ وَ أَخْزَيْتَ أَمَانَتَكَ بَلَغَنِي أَنَّكَ جَرَّدْتَ الْأَرْضَ فَأَخَذْتَ مَا تَحْتَ قَدَمَيْكَ وَ أَكَلْتَ مَا تَحْتَ يَدَيْكَ فَارْفَعْ إِلَيَّ حِسَابَكَ وَ اعْلَمْ أَنَّ حِسَابَ اللَّهِ أَعْظَمُ مِنْ حِسَابِ النَّاسِ

“Mənə səndən bir iş barəsində xəbər çatıb ki, əgər onu etmisənsə, Rəbbini qəzəbləndirmiş, rəhbərinə qarşı itaətsizlik etmiş və əmanətini xar etmisən. (Hakimlik işində xəyanət etmisən və artıq, hakimlik ləyaqətini itirmisən.) Mənə (xəbər) çatıb ki, sən yeri silib-süpürüb, ayaqlarının altında olan hər bir şeyi götürmüsən və əlində olanları yemisən. ((Bağ və əkinəcəklərin məhsullarını, beytül-malı özün üçün götürmüsən və rəiyyətə bir şey verməmisən.) İndi öz hesabını (mədaxil və məxaricinin) mənə göndər və bil ki, Allahın hesabı (sorğu-sualı) xalqın hesabından daha böyükdür.” (“Nəhcül-bəlağə”, məktub 40.)

4-Dostluğun 3 şərti

İmam Əli (ə) buyurmuşdur:

لَا يَكُونُ الصَّدِيقُ صَدِيقاً حَتَّى يَحْفَظَ أَخَاهُ فِي ثَلَاثٍ فِي نَكْبَتِهِ وَ غَيْبَتِهِ وَ وَفَاتِهِ

“Dost öz dostuna üç vaxtda qayğı göstərməyincə (həqiqi) dost olmaz: onun çətinlik və narahatlıqlarında (canı və malı ilə onun yanında olmalı), onun qiyabında (barəsində xoşagəlməz sözlər deyilməsinə mane olmalı) və onun vəfatında (onu dua edib bağışlanmasını diləməlidir).” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 129.)

5-Əbədi köləlik

İmam Əli (ə) buyurmuşdur:

الطَّمَعُ رِقٌّ مُؤَبَّدٌ

“Tamahkarlıq əbədi köləlikdir.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 171.)

6-Yoxsul və varlının zinəti

İmam Əli (ə) buyurmuşdur:

الْعَفَافُ زِينَةُ الْفَقْرِ وَ الشُّكْرُ زِينَةُ الْغِنَى

“İffət yoxsulun, (Allahın nemətlərinə) şükür etmək isə varlının zinətidir.” (“Nəhcül-bəlağə”, hikmət 65.)

7-Ruzinin artmasında sədəqənin rolu

İmam Əli (ə) buyurmuşdur:

اسْتَنْزِلُوا الرِّزْقَ بِالصَّدَقَةِ مَنْ أَيْقَنَ بِالْخَلَفِ جَادَ بِالْعَطِيَّةِ

“Ruzini sədəqə verməklə endirin. Əvəz alacağına yəqini olan kəs bağışlamaqda səxavətli olar.” (“Nəhcül-bəlağə”, hikmət 132.)

8-Hikmətli söz

İmam Əli (ə) buyurmuşdur:

أَمِیرٌ لَا عَدْلَ لَهُ كَغَیْمٍ (کغمام) لَا غَیْثَ لَهُ وَ فَقِیرٌ لَا صَبْرَ لَهُ كَمِصْبَاحٍ لَا ضَوْءَ لَهُ وَ عَالِمٌ لَا وَرَعَ لَهُ كَشَجَرَةٍ لَا ثَمَرَةَ لَهَا وَ غَنِیٌّ لَا سَخَاءَ لَهُ كَمَكَانٍ لَا نَبْتَ لَهُ وَ شَابٌّ لَا تَوْبَةَ لَهُ كَنَهَرٍ لَا مَاءَ لَهُ وَ امْرَأَةٌ لَا حَیَاءَ لَهَا كَطَعَامٍ لَا مِلْحَ لَه

“Ədalətsiz rəhbər yağmursuz bulud kimidir. Səbirsiz yoxsul çıraqsız qəndil kimidir. Təqvasız alim meyvəsiz ağac kimidir. Səxavətsiz varlı otsuz-ələfsiz torpaq kimidir. Tövbəsiz gənc susuz arx kimidir. Həyasız qadın duzsuz yemək kimidir.” (“Mən-lə yəhzuruhul-fəqih”, c.1, səh.140, hədis 384.)

9-Qəlblərin baharı

İmam Əli (ə) buyurmuşdur:

تَعَلَّمُوا كتابَ اللّه تباركَ و تعالى؛ فإنّهُ أحسَنُ الحَديثِ و أبلَغُ المَوعِظَةِ، و تَفَقَّهُوا فيه فإنّهُ رَبيعُ القُلوب

“Allah-Taalanın kitabını öyrənin ki, o, sözlərin ən gözəli, moizələrin ən bəlağətlisidir. Quranın üzərində düşünün ki, o, qəlblərin baharıdır.(“Tuhəful-uqul”, səh.150.)

10-Ən güclü insan

İmam Əli (ə) buyurmuşdur:

اَقْوى النّاسِ اَعْظَمُهُمْ سُلطاناً عَلى نَفْسِهِ

“İnsanların ən güclüsü öz nəfsinə hakim olanıdır.” (“Qurərul-hikəm”, c.2, səh.436.)

11-Üç mühüm tövsiyə

İmam Əli (ə) buyurmuşdur:

سُوسُوا إِيمَانَكُمْ بِالصَّدَقَةِ وَ حَصِّنُوا أَمْوَالَكُمْ بِالزَّكَاةِ  وَ ادْفَعُوا أَمْوَاجَ الْبَلَاءِ بِالدُّعَاء

“İmanınızı sədəqə ilə qoruyun. Var-dövlətinizi zəkat verməklə amanda saxlayın. (Bir-birinin ardınca gələn) bəla dalğalarını dua etməklə dəf edin.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 138.)

12-Malın elmlə müqayisəsi

İmam Əli (ə) buyurmuşdur:

يَا كُمَيْلُ الْعِلْمُ خَيْرٌ مِنَ الْمَالِ الْعِلْمُ يَحْرُسُكَ وَ أَنْتَ تَحْرُسُ الْمَالَ وَ الْمَالُ تَنْقُصُهُ النَّفَقَةُ وَ الْعِلْمُ يَزْكُو عَلَى الْإِنْفَاقِ وَ صَنِيعُ الْمَالِ يَزُولُ بِزَوَالِهِ

“Ey Kumeyl, elm maldan yaxşıdır. (Çünki) elm səni (dünya və axirət çətinliklərindən) qoruyur, malı isə sən qoruyursan. Bağışlamaq malı azaldırsa, elm bağışlamaqla (başqasına öyrətməklə) artır. Sərvətlə əldə edilmiş böyüklük onun əldən çıxması ilə əldən çıxar.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 139.)

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru