İmam camaat Quranı səhv oxuduğu üçün öldürüldü

Misirdə  Mənsurə şəhərinin “Əl-Rəhmə” məscidinin İmam camaatı Quranı səhv oxuduğu üçün öldürüldü.
Maide.Az xəbər verir ki,İmam camaatı döyərək öldürən şəxs  onu Quranı səhv oxumaqda günahlandırıb.  “Abdulhamid adlı 64 yaşlı kişi  Əl-Rəhmə məscidində imam camaat kimi fəaliyyət göstərirmiş. O namazda iştirak edən şəxslərin biri tərəfindən döyülərək  öldürülüb.”,-deyə  polis rəsmisi  Asim Həmzə deyib. 
A.Həmzə deyib ki,  qətli törədən şəxs imam camaatın  Quranı səhv oxuduğunu iddia edib və buna görə onu öldürdüyünü deyib. 
 
 

Google+ WhatsApp ok.ru