İmam cümə İsrail zülmü, Qüds günü, İŞİD-dan danışdı

Tehranın bu həftəki cümə xətibi Höccətül-islam vəl müslimin Kazim Siddiqi olub

 

 “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, xətib Höccətül-islam vəl müslimin Kazim Siddiqi sözlərinin əvvəlində Əli (ə)-ın şəhadətilə bağlı möminlərə başsalığı verərək “Allah və Əli (ə) arasında hicab yoxdur və o, Allahın vəhdaniyyətini bütün vücudu ilə dərk edib.”- deyə bildirib. 


İsrail rejiminin zülmündən söz açan Siddiqi bu barədə bildirib: “İsrail keçmişdən bəri bölgə xalqının qanına susamış bir canavar olub. İsraili yaradanlar beynəlxalq aləmdə bu gün onlara yaşıl işıq yandırırlar. Müdafiəsiz Fələstin xalqına acımasızcasına hücum, bəşərin vicdanını narahat edən böyük bir müsibətdir. İnsan haqlarını müdafiə edən ölkələr ayıq olmalı və bu canavarın heç vaxt rəhm etməyəcəyini anlamalıdırlar. Bu səbəbdən bu ilki “Qüds günü” həmişəkindən daha təntənəli keçirilməlidir!” 

Xətib bölgənin canına düşən İŞİD terror qruplaşmasından söz açaraq bildirib: “Düşmən, İŞİD və digər dinsiz və ağılsız qruplar İsrail öz cinayətlərini rahatca etsinlər deyə, əllərindən gələn hər qələti edirlər. İmam Xomeyni və İslamın mərd oğlu olan “Hizbullah” İsrail əleyhinə 33 günlük müharibədə düşmənə unudulmaz dərs verdi və daha sonra Qəzza bu addımdan örnək götürərək İsrailin başına müxtəlif bəlalar gətirdi. Bu gün dəmir qübbə aradan gedib və onlar məhvə məhkum olublar.” 

Höccətül-İslam Siddiqi İraq böhranına da toxunaraq bildirib: “İraq çox dəhşətli bir hadisə ilə qəflətən üzləşdi. Fələstində İsraili yaradanlar İraqda da bu qrupları yaratdılar. İraq bu fitnəyə hazır olmadığından ilk öncə büdrəsə də, hazırda təqlid mərcələrinin də dəstəyi ilə terroru və terrorçuları aradan apara bilir.”

 Xətib İranın daxili məsələlərindən də söz açaraq, “Mötədillik bizim şuarlarımızdandır, lakin bu Qərbin anladığı mötədillik deyil. Bu İslamın üzərində qurulan mötədillikdir. İfratçı hərəkatları universitetlərə daxil etmək yanlış addımdır. Bizim cənab prezidentdən gözləntimiz budur ki, 15 il bundan öncəki fitnəkarları qınadığı və 5 il öncəki fitnəyə də qatılmadığı kimi universitetlərdə bu şəxslərin olmasının qarşısını alsın!”-deyə bildirib. İslamazeri.az

Google+ WhatsApp ok.ru