İmam Həsənin (ə) mövlud tədbirləri keçirilib

Bu gün İmammət səmasının ikinci ulduzu -  İmam Həsənin (ə) mübarək mövlud günüdür. Maide.az-ın məlumatına görə, bu müqəddəs günlə əlaqədar dünyanın hər yerində olduğu kimi Azərbaycanda da Əhli-beytsevərlər bayram tədbirləri keçiriblər. Tədbirlər paytaxt Bakı və regionları əhatə edib. 

Bayram şənliklərində İmamın həyatından və ictimai-siyasi işləri haqqında danışılıb. Hədsilər barədə söhbət açılıb, surudlar oxunub.

Masallı rayonunda tədbir daha kütləvi olub. Rayonun Sirabul kənd məscidində baş tutan tədbirdə çıxış edənlər İmam Həsənin (ə) susqunluğu və İmam Hüseynin (ə) Kərbəla qiyamının fəlsəfələrindən danışaraq, düşmən qarşısında Əhli-beyt ailəsinin hər iki yolu sınaqdan keçirdiyini deyiblər. Amma buna baxmayaraq, Peyğəmbər ailəsinə olunan zülmlərin dayanmadığını söyləyiblər.

Google+ WhatsApp ok.ru