İmam Həsən Əsgəri (ə)-ın şəhadəti münasibəti ilə `Qəm axşamı` adlı məclis keçirilib – FOTO

 
Ötən axşam Gürcüstanın Marneuli rayonunda İmam  Həsən Əsgəri (ə)-ın şəhadəti münasibəti ilə "Qəm axşamı" adlı məclis keçirilib. 
 
Maide.az-ın mgeo.ge xəbər saytına istinadən məlumatına görə, Gürcüstanın Marneuli rayonunda yerləşən İmam Əli(ə) məscidində keçirilən məclis Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin təşkilatçılığı ilə keçirilib. 
 
Məclisdə Höccətil islam vəl Müslimin Şeyx Hacı Hacıyevin imamlığı ilə qılınan şam və işa namazlarından sonra, Marneuli şəhərinin sevilən ruhanisi, əxlaq ustadı Hacı Qurban İmam Həsən Əsgəridən (ə)  və Peyğəmbər (s.ə.v.s.) dövrü ilə İmam Zamanın (ə.f)  dövründəki oxşarlıq və ziddiyyətlərindən danışıb.
 
Sonra Əhli-Beyt məddahı Kərbəlayi Rza həzin səsi ilə imamdan rovzə oxuyaraq məclisin mənəviyyat və hüzününü daha da artırıb. Sonda İmam Zaman(ə.f) ağa başda olmaqla bütün müsəlmanlara baş sağlığı diləyərək Uca Allahdan bütün müsəlmanların, xüsusən çətinliyi olanların çətinliklərinə əlac olması üçün dualar edilib.
 
Məscidin qarşısında ehsan süfrəsi qurulub və  əzadarlara ehsan verilib. /
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru