İmam Həsən Əsgərinin (ə) şəhadəti ərəfəsində zəvvarların Samirraya yürüşü 14 Noyabr 2018 14:43 Dünya Vilayət səmasının on birinci nuru Həzrət İmam Həsən Əsgərinin (ə) müsibətli şəhadətinin növbəti ildönümü ərəfəsində İraqın hər yerindən minlərlə insan Samirra şəhərinə axın edir. Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, bu münasibətlə Samirra şəhərində xüsusi təhlükəsizlik tədbirləri həyata keçirilib. Ordu, polis qüvvələri və Həzrət Əbülfəzl-Abbas (ə) Hərbi Diviziya Komandanlığı zəvvarların təhlükəsizliyini təmin etməyi üzərinə götürüb. Həzrət Əbülfəzl-Abbas (ə) Hərbi Diviziya Komandanlığı noyabrın 16-sı (8 rəbiyəl-əvvəl) Samirrada olan Əsgəreyn (ə) imamlarının müqəddəs ziyarətgahına gələcək zəvvarlara qarşı ediləcək xidmət və təhlükəsizlik planı haqqında məlumat verib. Diviziyanın keçən il İŞİD terrorçularına qarşı hərbi əməliyyatları başa çatmasından sonra, xüsusi əhəmiyyət verdiyi dini ziyarət münasibətlərində təhlükəsizliyi təmin etmək və xidmət tədbirlərinin bir hissəsini təşkil edir. Diviziya əyalətdə olan ehtiyat qüvvələrindən bir alayı yoxlama və kəşfiyyat birliyi vasitəsilə Samirraya gələn zəvvarların təhlükəsizliyini təmin edilməsi planına töhfə verəcəyini bildirib. Piyada gələn zəvvarlara təqdim olunan bir çox humanitar xidmətə əlavə olaraq, Həzrət Əbülfəzl-Abbas (ə) Hərbi Diviziyasının nəzdində olan İlk Yardım və Dəstək Şöbəsi də ən azı 10 xidmət qrupu ilə yürüşdə xidmət prosesinə qatılacaq. Teqlər : #İmam,#Həsən,#Əsgərinin,#(ə),#şəhadəti,#ərəfəsində,#zəvvarların,#Samirraya,#yürüşü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreyn İnsan Haqları Mərkəzi: 22 nəfər edam cəzasına məhkum edilib İslam dünyası və Avropa arasında əlaqələr mövzüsunda sərgi keçirilir - Şarjada
Bosniyada soyqırım törədilməsinə haqq qazandıran yazara ’Nobel‘ mükafatı verildi - Etiraz aksiyası keçirildi - VİDEO