İmam Həsən Əsgəri, İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmi qaraya bürünüb – FOTO

İmam Həsən Əsgəri, İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmi qaraya bürünüb – FOTO

 
Allah Rəsulunun (s) sevimli qızı paklıq və ismət rəmzi Həzrət Siddiqətul-Kubra Fatimeye Zəhranın (s.ə) müsibətli şəhadət günləri "Əyyami Fatimiyyə" münasibətilə İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmində qara bayraqlar, qara parçalara yazılmış dualar və şüarlar, o cümlədən matəmlə bağlı plakatlar yerləşdirib. 
 
Maide.Az xəbər verir ki, o Həzrətin şəhadət günü ilə bağlı iki tarix qeyd olunub:   Cəmadiül-əvvəl ayının 13-ü (2019-ci il yanvar ayının 20-i -Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadiül- sani ayının 3-ü (2019-ci il fevral ayının 9-u -Peyğəmbərin (s) vəfatından 95 gün sonra).
 
Bu münasibətlə Əhli-Beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə 3 gün müddətində əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayır. Hər iki tarixdə qeyd olunan əzadarlığa "Əyyami Fatimiyyə" deyilir. Bu münasibətlə əziz oxucularımıza başsağlığı veririk , İmam Həsən Əsgəri (ə),  İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmindən yeni fotoları təqdim edirik: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru