İmam Hadinin (ə) şəhadətinin ildönümü münasibətilə Samirrada ƏZADARLIQ - FOTO

İmam Hadinin (ə) şəhadətinin ildönümü münasibətilə Samirrada ƏZADARLIQ - FOTO

-- 21 mart - 3 rəcəbİmam Hadinin (ə) şəhadət günüdür.

Vilayət səmasının (ə) onuncu nuru Həzrət İmam Əliyyən-Nəqinin (ə) müsibətli şəhadətinin növbəti ildönümü günü münasibəti ilə İraqın Samirra şəhərində  əzadarlıq məclisi təşkil olunub.  
 
Maide.Az xəbər verir ki,  İraqın Samirra şəhərində Əhli-Beytin (ə) 10-cu imamı Həzrəti Əliyyən Nəqi (ə) və 11-ci imamı Həzrəti Həsən Əsgərinin (ə) ziyarətgahında ölkənin müxtəlif bölgələrindən Samirraya gəlmiş Əhli-beyt (ə) aşiqlərinin iştirakı ilə  əzadarlıq təşkil olunub, növhələr və mərsiyələr oxunub.
 
 
Qeyd edək ki, Abbasi xəlifəsi Mötəmid Abbasi (lən) 254-cü il rəcəb ayının 3-ü Samirrada İmam Əliyyən Nəqini (ə) zəhərlətdirmişdir və onu şəhadətə çatdırmışdır. İmam Hadi (ə) 20 il həbsdə olduğu evində dəfn edilmişdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru