İmam Hüseyn (ə) və Ərbəin Günü dünyanın müxtəlif universitetlərində anılıb - VİDEO

Azərbaycanlı tələbələrin təşəbbüsü ilə dünyanın bir sıra universitetlərində İmam Hüseyn (ə) anılıb, Ərbəin Günü qeyd edilib. Ərbəin Günü münasibətilə tələbələr müəllim və tələbələrə İmam Hüseyn (ə) barəsində məktub, su və müxtəlif şirniyyatlar paylayıb.
 
Maide.az xəbər verir ki, layihənin ideya müəllifi və təşkilatçısı azərbaycanlı tələbə Adil Dərvişov fikirlərini bölüşərkən bildirib: "Bizlər Hüseynin (ə) uğrunda şəhid olduğu böyük amalları yaşatmaqla bəşəriyyətə və gələcək nəsillərə anlatmalıyıq ki, dünyada həqiqətin dəyəri, ədalət, məhəbbət kimi dəyişməz əsaslar vardır. Həmçinin anlatmalıyıq ki, hər kəs bu əbədi və dəyişməz əsasları qorumaq uğrunda fədakarlıq etsə, o unudulmayacaqdır və zəhmətləri hədər getməyəcəkdir".
  
Təşkilatçıların layihə çərçivəsində 2 dildə hazırladaqıları videoçarxı buradan ziləyə bilərsiniz./

Google+ WhatsApp ok.ru