İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmi qaraya bürünüb - FOTO

İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmi qaraya bürünüb - FOTO

Allah Rəsulunun (s) sevimli qızı paklıq və ismət rəmzi Həzrət Siddiqətul-Kubra Fatimeye Zəhranın (s.ə) müsibətli şəhadət günləri "Əyyami Fatimiyyə" münasibətilə İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmində qara bayraqlar, qara parçalara yazılmış dualar və şüarlar, o cümlədən matəmlə bağlı plakatlar yerləşdirib. 
 
Maide.Az xəbər verir ki, o Həzrətin şəhadət günü ilə bağlı iki tarix qeyd olunub: Cəmadiül-əvvəl ayının 13-ü (2017-ci il fevral ayının 11-i -Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadiül- sani ayının 3-ü (2017-ci il mart ayının 2-si -Peyğəmbərin (s) vəfatından 95 gün sonra).
 
Bu münasibətlə Əhli-Beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə 3 gün müddətində əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayır. Hər iki tarixdə qeyd olunan əzadarlığa "Əyyami Fatimiyyə" deyilir. Bu münasibətlə əziz oxucularımıza başsağlığı veririk və İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmindən yeni fotoları təqdim edirik: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru