İmam Hüseyn (ə) institutunda təhsil alan gözdən əlil tələbələr məzun oldu

İmam Hüseyn (ə) institutunda təhsil alan gözdən əlil tələbələr məzun oldu

-- 46 nəfər institutu bitirərək bakalavr dərəcəsini əldə edib.

İmam Hüseyn hərəmində İmam Hüseyn İnstitutunu "Braille" (gözdən əlillər üçün) təhsil sistemi ilə bitirənlər üçün buraxılış mərasimi keçirilib. 
 
Maide.Az "kerbela.info" saytına isitnadən xəbər verir ki, İnstitutun direktoru Cavad Xadim deyib ki, "Braille" oxuma sistemi ilə 46 nəfər institutu bitirərək bakalavr dərəcəsini əldə edib.
 
O əlavə olaraq qeyd edib ki, kursda görmə əlilliyi olan şəxslərin müəllimə ehtiyac olmadan təhsil alması üçün tədris proqramını "Braille" dilinə dəyişməyi hədəfləyirlər.
 

Google+ WhatsApp ok.ru