İmam Hüseyn (ə) və Aşura qiyamı mövzusunda keçiriləcək festivalda  83 ölkə iştirak ecədək

İmam Hüseyn (ə) və Aşura qiyamı mövzusunda keçiriləcək festivalda 83 ölkə iştirak ecədək

İmam Hüseyn (ə) və Aşura qiyamı mövzusunda şer, qəsidə, qəzəl və kitab təlifi üzrə XV "Şəhadət Baharı" (Rəbiuş-Şəhadət) beynəlxalq mədəniyyət festivalı  keçirilir. 
 
Maide.Az  İQNA-a istinadla xəbər verir ki, Festivalda 83 ölkə iştirak ecədək. 
 
"Şəhadət Baharı" (Rəbiuş-Şəhadət) beynəlxalq mədəniyyət festivalı keçirilməsi komitəsinin üzvü bu barədə deyib: Festivalda iştirak etmək üçün əsərlərin göndərilməsi vaxtı bitdikdən sonra göndərilən əsərlər komitə tərəfindən qiymətləndiriləcək.
 
O əlavə edib: İndiyədək festivalda iştirak etmək üçün dünyanın 83 ölkəsindən 167 nəfər öz kitab və şerlərini komitəyə göndərib. Bu əsərlər İmam Hüseynin (ə) ziyarətgahının akademik elmi araşdırma şöbəsi və ruhanilər şöbəsi tərəfindən yoxlanılacaq. Nəticələr festivalın açılış mərasimində elan ediləcək.
 
15-ci "Şəhadət Baharı" (Rəbiuş-Şəhadət) beynəlxalq mədəniyyət festivalı İmam Hüseyn (ə) və AŞURA qiyamı mövzusunda və "İmam Hüseyn (ə), ümmətlərin çırağı və dəyərlərin islahatçısı" devizi ilə keçirilir.
 
Festival İraqın müqəddəs ziyarətgahları tərəfindən Həzrət İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) mübarək mövludları günlərində keçiriləcək. 
 

Google+ WhatsApp ok.ru