İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzl (ə) hərəmlərinin üzərində qara bayraq xüsusi mərasim keçirilmədən dəyişdiriləcək

İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzl (ə) hərəmlərinin üzərində qara bayraq xüsusi mərasim keçirilmədən dəyişdiriləcək

Bu il Məhərrəm ayı daxil olarkən müqəddəs İmam Hüseyn (ə) hərəmi və Həzrət Əbəlfəzl (ə) hərəmləri üzərində qırmızı bayraqların qara bayraqla əvəzlənməsi xüsusi mərasim keçirilmədən dəyişdiriləcək.

 
Maide.Az xəbər verir ki, bu barədə iki müqəddəs hərəmin baş katibliyinin bəyanatında bildirilib.
 
Bəyanatda qeyd edilib ki, COVİD-19 təhlükəsi ilə əlaqədar bu il bayraqlar milyonların iştirakı ilə xüsusi mərasim keçirilmədən dəyişdiriləcək.
 
Hər iki hərəmin üzərindəki bayraqlar Məhərrəm ayının 1-ci gününün gecəsi dəyişdiriləcək.