İmam Hüseynin (ə) hərəminin nəzdində universitet açıldı  - FOTO

İmam Hüseynin (ə) hərəminin nəzdində universitet açıldı - FOTO

İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində “Varisul-Ənbiya” Universitetinin açılış mərasimi keçirilib. 

Maide.Az xəbər verir ki, Universitetin rektoru Nofel Ərəci  deyib ki,  təhsil ocağı İmam Hüseynin (ə) hərəminin qabaqcıl layihələrindəndir. “Ümid edirik ki, universitetimiz cəmiyyətə xidmət etməkdə və mühəndislik, tibb, hüquq və digər fakültələrdə tələbələrin yetişdirilməsində önəmli rol oynayacaq”. 
 
O qeyd edib ki,  tələbələrin qəbulu İraqın ali təhsil və elmi tədqiqat nazirliyinin qaydalarına uyğun  aparılacaq. 
 
Universitetdə  həmçinin modern texnologiyalarla təchiz olunmuş laboratoriyalar mövcuddur ki, tələbələrin  yüksək elmi biliyə sahiblənməsinə yardımçı olacaq. 
 
Təhsil haqqı isə digər universitetlərdən daha aşağı olacaq.

Google+ WhatsApp ok.ru