İmam Hüseynin (ə) hərəmi yoxsullara sığınacaq tikir

İmam Hüseynin (ə) hərəmi yoxsullara sığınacaq tikir

İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseyn (ə) ziyarətgahının idarə heyəti yoxsulların yerləşdirilməsi üçün sığınacaq mənzillərin tikilməsi layihəsini icra edir.
 
Maide.Az "İQNA"a istinadla xəbər verir ki, layiəni Həzrət İmam Hüseynin (ə) Kərbəla şəhərindəki müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən "Sibteyn Xeyriyyə Şirkətləri" təşkilatı Kərbəla və Babil yolunda icra edir. 
 
Bu layihənin icrasına nəzarətçi mühəndis Hüseyn Əli deyib: Kasıblar üçün sığınacaq evlərin tikilməsi layihəsinin icrası çərçivəsində yoxsullar üçün 150 və 120 kv.metrlik mənzillər tikiləcək.
 
O əlavə edib ki, yoxsulların sığınacaq mənzillər ilə təmin edilməsi layihəsi çərçivəsində yuxarıda göstərilən ölçüdə 1000 mənzil tikiləcək.  
 

Google+ WhatsApp ok.ru