İmam Hüseynin (ə) xeyməgahının çılçıraqları- FOTO

İmam Hüseynin (ə) xeyməgahının çılçıraqları- FOTO

Maide.Az "hawzahnews"a istinadla müqəddəs Kərbəla şəhərinin özünəməxsus tarixi məkanlarından biri olan İmam Hüseynin (ə) xeyməgahının çılçıraqlarının quraşdırılma prosesindən fotoları təqdim edir. 

 

İmam Hüseynin (ə) xeyməgahı uzun müddətdir davam edən təmirdən sonra tezliklə açılacaq və zəvvarların istifadəsinə veriləcək. 

 

İmam Hüseynin (ə) mütəhhər hərəminə təxminən 500 metr məsafədə yerləşən bu tarixi məkan tarix boyu zəvvarlara duyğulu anlar yaşatmışdır. İstiqaməti məcburən Kərbəlaya döndərilən İmam Hüseyn (ə) onunla birgə olan Əhli Beyt (ə) karvanı Xeyməgah olaraq adlandırılan bu əraziyə çadırlarını qurmuş və müharibə qurtarana qədər də bütün karvan burada yerləşdirmişdi.

 

 Xeyməgahda təmir işləri iki ildən artıq bir müddətdə davam etdirilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Google+ WhatsApp ok.ru