İmam Hüseynin (ə) hərəmi Afrikanın qərbində yeni mədəniyyət mərkəzi açır

İmam Hüseynin (ə) hərəmi Afrikanın qərbində yeni mədəniyyət mərkəzi açır

İmam Hüseynin (ə) müqəddəs hərəmi Afrikanın qərb ölkələrindən biri olan Burkina-Fasoda yeni mədəniyyət mərkəzi açacaq. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  bu məqsədlə İmam Hüseynin (ə) hərəmindən nümayəndə heyəti Burkina-Fasoya səfər edib. 
 
Səfər zamanı bu ölkədə “Varisul-Ənbiya” mərkəzinin açılmasının mümkün olub-olmaması araşdırlacaq. 
 
Yeni mərkəzin yaradılması üçün ilk işlər görülüb. Mərkəz Burkina-Fasoda dini, mədəni və Quranla bağlı layihələr həyata keçirəcək.  Mərkəz üçün münasib yer də nəzərdə tutulub. 
 
Qeyd edək ki, İmam Hüseynin (ə) hərəmi keçən il Ugandada yeni mədəniyyət müəssisəsi açacağını xəbər vermişdi. 
 

Google+ WhatsApp ok.ru