İmam Hüseynin (ə) ailəsi ilə Kərbəla yolu üzərində dayandığı məkanlardan biri (VİDEO)

İmam Hüseynin (ə) ailəsi ilə Kərbəla yolu üzərində dayandığı məkanlardan biri (VİDEO)

İmam Hüseynin (ə) ailəsi ilə birgə Kərbəla yolu üzərində dayandığı məkanlardan biri aşkar edilib.
 
Maide.Az "Deyerler.org"a  istinadən xəbər verir ki, İmam Hüseynin (ə) Kərbəlaya hərəkət etdiyi yol üzərində axtarışlar və elmi tədqiqat işləri davam etdirilir. Kərbəla Araşdırmalar və Tədqiqatlar Mərkəzi İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya doğru səfərinin bir sıra izlərinə rast gəldiklərini açıqlayıb.
 
Son axtarış işləri Nəcəf şəhərinin ətrafında Kərbəla şəhəri istiqamətində olan Rahmə rayonunda aparılıb və burada İmam Hüseynin (ə) Kərbəlaya səfərində ailəsilə birgə qaldığı karvansaray aşkar edilib.

Google+ WhatsApp ok.ru