İmam Hüseynin (ə) qızılı günbəzinin üzərindəki bayrağın dəyişdirilməsi mərasimi keçiriləcək

İmam Hüseynin (ə) qızılı günbəzinin üzərindəki bayrağın dəyişdirilməsi mərasimi keçiriləcək

Məhərrəm ayının yaxınlaşması münasibətilə Kərbəla şəhərindəki İmam Hüseynin hərəmində xüsusi hazırlıq işlərinə başlanılıb.
 
Maide.Az xəbər verir ki, İmam Hüseynin (ə) mütəhhər hərəminin xidmətçiləri Məhərrəm ayı hazırlıqları çərçivəsində, hərəmin səhnləri və meydanlarının təmizləyib və yuyublar.
 
Bundan başqa, hərəmdə və İmam Hüseyn bayraqları, qara parçalara yazılmış dualar və şüarlarının da hərəmin daxilinə yerləşdirilib. 
 
Qeyd edək ki,  Zilhiccənin 29-da axşam və işa namazından sonra qızılı günbəzlərin bayraqlarının dəyişdirilməsi mərasimi keçiriləcək. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru