İmam Kazimin şəhadəti günlərində Kazimeynə 2 milyona yaxın zəvvar gəlib -VİDEO

İmam Kazimin şəhadəti günlərində Kazimeynə 2 milyona yaxın zəvvar gəlib -VİDEO

Ziyarətgahın Zəvvarlar üzrə Komitəsi son 3 gün ərzində Kazimeynə gələn zəvvarların sayının 1 milyon 900 mindən artıq olduğunu deyib.
 
Bu barədə İmam Musa Kazimin və İmam Cavadın ziyarətgahının İdarəsinin rəsmi saytı aljawadain.iq - ə istinadla məlumat verir.
 
Bildirilib ki, cari həftənin 3, 4 və cümə günlərində İmam Kazimin ziyarətgahını  1 milyon 900 min zəvvar ziyarət edib.
 
Ziyarətgahın Zəvvarlar üzrə Komitəsinin sədri Malik Fəxrinin sözlərinə görə bu rəqəm indiyə qədər qeydə alınmış ən böyük rəqəmdir.
 
İraq polisi və Haşdu-Şabinin könüllülərdən ibarət qüvvələri zəvvarların təhlükəsizliyi üçün əlavə qüvvələr cəlb ediblər.
 
İki gün öncə Bağdadın qərbində Kazimeyn zəvvarlarını hədəfə almaq istəyən bir İŞİD-çi qrup ələ keçib və onların partlatmaq istədiyi bir minalanmış maşın da vaxtında aşkarlanaraq, zərərsizləşdirilib. (islaminsesi)
 

Google+ WhatsApp ok.ru