İmam Kazım və İmam Cavadın (ə) məzarlarının üzərinə quraşdırılacaq sandıqlar - FOTO

 Məşhəd şəhərində İmam Kazım və İmam Cavadın (ə) məzarlarının üzərinə quraşdırılacaq sandıqların görüntüləri yayımlanıb.
Maide.az-ın məlumatına görə, bu sandıqlar üzərində 39 milyon 600 min parça xatəm (yəni bürünc, taxta, fil sümüyü, filiz, gümüş) istifadə olunub.
İamam Musayi Kazım və İmam Muhəmməd Cavadın (əleyhimə səlam) məzarları üzərinə qoyulacaq sandıqların uzunluğu 2 m 60 sm, enniliyi 1 m 63 sm, hündürlüyü 70 sm-dir.
İmam Muhəmməd Cavadın (əleyhi səlam) məzarı üzərinə qoyulacaq sandıq üzərində İnsan sürəsi, İmam Musayi Kazımın (əleyhi səlam) qəbri şərifi üzərində qoyulacaq sandıq üzərində isə, Nəbə sürəsi və Cümə sürəsi ilə, Əla sürələrinin müəyyən ayələri yazılıb.
Sandıqların yuxarı və aşağı hissələrində hər İmamın öz adı yazılıb. Sandıqın üstündə isə Allah Təalanın mübarək adları hək olunub.
Qeyd olunan sqandıqlar 31 dekabra kimi Məşhəd şəhərində İmam Rzanın (əleyhi səlam) hərəmindəki Daimi Sərgi salonunda ictimaiyyətə nümayiş etdiriləcək. abna /


 


 

Google+ WhatsApp ok.ru