İMAMLARIN ELMİ MƏNBƏLƏRİ – PEYĞƏMBƏRİN (S) İRSİ (2)

 

Məsum imamların (ə) elmi mənbələrindən biri də Peyğəmbərdən (s) aldıqları elm irsidir. Belə ki, o həzrət bütün İslam şəriət və maarifini imam Əliyə (ə) öyrətmişdir. Rəvayətlərə əsasən, imam Əli (ə) də öyrəndiklərini yazmış, bu elm və bilik nəsildən-nəslə onun övladlarına, yəni məsum imamlara ötürülmüşdür. Başqa sözlə, İslam rəvayətlərində göstərildiyi kimi, İslam Peyğəmbəri (s) imam Əliyə (ə) elmin min qapısını açdı və bu qapıların hər birindən min qapı açılırdı.

“Üsuli-kafi” kitabında bu barədə xeyli rəvayət var. O cümlədən, Əbu Bəsirin belə dediyi nəql olunur: “İmam Sadiqdən (ə) soruşdum: “Sizin ardıcıllarınız deyirlər ki, Allahın Rəsulu (s) həzrət Əliyə (ə) elmin elə bir qapısını açdı ki, ondan min qapı açıldı.” O həzrət buyurdu:

عَلَّمَ رَسُولُ اللهِ عَلِيّاً اَلْفَ بابٍ، يُفْتَحُ مِنْ كُلِّ بابٍ اَلْفَ بابٍ:

Allahın Rəsulu (s) Əliyə (ə) elmin min qapısını açdı hər qapıdan min qapı açıldı.”

Sonra buyurdu: Ey Əbu Bəsir! Bizim ixtiyarımızda birCamiəvar.”

Əbu Bəsir “Camiə nədir?” – soruşduqda Həzrət buyurdu: Allah Rəsulununzira (biləkdən dirsəyə qədər olan məsafə) ilə yetmiş zira uzunluqda bir səhifədir. O, Peyğəmbərin (s) öz imlası imam Əlinin (ə) dəstxətti ilə yazılmışdır. Onda bütün halal-haram (qiyamət gününə qədər) insanların ehtiyac duyduqları məsələlər, hətta bədəndəki cızığın diyəsi (cəriməsi) mövcuddur.” (“Üsuli-kafi”, 1-ci cild, səh.239.)

Diqqət yetirmək lazımdır ki, Peyğəmbərin (s) imam Əli (ə) haqda “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır!” – buyurduğu məşhur hədislə əlaqədar şiə və sünnilərin mötəbər kitablarında nəql olunan rəvayətlərin sayı olduqca çoxdur. Bu hədisin ravilərindən İbn Abbas, Cabir ibn Abdullah Ənsari, Abdullah ibn Ömər və imam Əlini (ə) misal göstərmək olar. Bu hədis Hakim Nişapurinin “Müstədrək”, Əbu Bəkr Nişapurinin “Tarixul-Bağdad”, İbn Məğazilinin “Mənaqibu Əmirilmuminin”, Gəncinin “Kifayətut-talib”, Həməvininin “Fəraidus-səmteyn”, Zəhəbinin “Mizanul-etidal”, Qunduzinin “Yənabiul-məvəddət”, Nəbhaninin “Fəthul-kəbir”ində və s. kitablarda nəql olunmuşdur. (Bax: “Ehqaqul-həqq”, 5-ci cild, səh.468-501 və “Camiul-əhadis”, səh.16.)

Bir çox rəvayətlərdə Əhli-beyt imamlarının belə buyurduğunu görürük: Biz bütün dediklərimizi Peyğəmbəri-Əkrəmdən (s) nəql edirik. Çünki bütün bunlar bizə ata-babalarımız vasitəsilə Peyğəmbərdən (s) çatmışdır!”

İmam Sadiqin (ə) səhabələrindən biri o həzrətə dedi: “Biz bəzən sizdən bir hədis eşidir, sonra onu sizdən, yoxsa atanızdan eşitdiyimiz barədə şəkk edirik. (Bu halda nə edək?)” Həzrət buyurdu: Məndən eşitdiyini atamın Allahın Rəsulunun (ə) adından rəvayət edə bilərsən!” (“Camiul-əhadis”, 1-ci cild, səh. 17, hədis 4)

Həmçinin buyurmuşdur: Mənim sözüm atamın, atamın sözü babamın, babamın sözü Hüseynin (ə), Hüseynin (ə) sözü Həsənin (ə), Həsənin (ə) sözü Əmirəlmöminin Əlinin (ə), Əmirəlmöminin Əlinin (ə) sözü Allahın Rəsulunun (s), Allahın Rəsulunun (s) sözü isə Allahın sözüdür!” (“Camiul-əhadis”, 1-ci cild, səh. 17, hədis 1)

Başqa bir hədisdə də buyurmuşdur: Hər vaxt sənə cavab versəm, bil ki, o, Allahın Rəsulundandır. Biz özümüzdən heç demirik!” (“Camiul-əhadis”, 1-ci cild, səh. 17, hədis 7.)

Bir sözlə, məsum imamların (ə) elmi mənbələrindən biri də İslam Peyğəmbərindən (s) aldıqları elm irsidir. (“Peyami-Quran” – (Qurani-Kərimdə imamət və canişinlik) kitabından nəqlən, Ayətullah Məkarim Şirazi, 7-ci cild, səh.97-98.)

Rza Şükürlü 

Google+ WhatsApp ok.ru