İmam Rza (ə) hərəmində xristian İslamı qəbul etdi

Maide.az-ın məlumatına görə, Anna Malqorzata adlı polşalı xristian qadın İmam Rzanın (ə) müqəddəs hərəmində keçirilən mərasimdə İslam dinini qəbul edib.
 
Mərasim hərəmin xarici zəvvarlar idarəsinin təşəbbüsü ilə təşkil edilib və bu xanıma İslam dininin vacibatları və İslam barədə izahlar verilib. O, kəlmeyi-şəhadət deyərək, dininin İslam olduğunu qəbul edib.
 
Anna İslama gəlişi haqda belə deyib: ”Mən bu din haqda tədqiqatlar apardım. İslamda insanın Allaha yaxın olması üçün daha artıq imkanlar olduğunu özüm üçün kəşf etdim. İmam Rza (ə) hərəminə daxil olanda buradakı paklıq və mənəviyyat fəzası məni heyrətləndirdi. Qərb və Avropa ölkələrindəki maddi cazibələr və dəbdəbəli saraylardan fərqli olaraq, burada insan sakitlik və ruhi rahatlıq hiss edir. Bu müqəddəs məbəddə heç kəs narahat olmur. Hətta uşaqlar belə böyük sevinclə get-gəl edirlər. Bu mühitdən böyük həzz alırsan.”

Google+ WhatsApp ok.ru