İmam Rza (ə) aşiqləri piyada Məşhəd şəhərinə yürüşlərini davam etdirirlər

İmam Rza (ə) aşiqləri piyada Məşhəd şəhərinə yürüşlərini davam etdirirlər

 
Bir neçə gündür ki, səkkizinci İmam Həzrət İmam Rza (ə) aşiqləri piyada Məşhəd şəhərinə yürüşlərini davam etdirirlər. 
 
Maide.Az “Tasnimnews” agentliyinə istinadla xəbər verir ki, on minlərlər İmam Rza (ə) aşiqi çalışırlar ki, 29 oktyabr  – 30 səfər -  İmam Rzanın (ə) şəhadəti günü özlərini piyada Məşhəd şəhərinə çatdırsınlar. 
 
İmam Rza (ə) zəvvarlarına xidmət edən cəmiyyətin sözçüsü Hüseyn Rzayi bildirib ki, hazırda 18 min 850 nəfərə yaxın zəvvar piyada yürüş edərək Məşhəd şəhərinə çatıb.  
 
Onun sözlərinə görə, müxtəlif bölgələrdən Məşhəd şəhərinə piyada yürüş edən zəvvarlara xidmət üçün istirahət çadırları qurulub və ehsanlar verilir. 
 
Qeyd edə ki, hər il İmam Rza (ə) şəhadəti günü Məşhəd şəhərinə 3 milyondan çox zəvvar səfər edir ki, onlardan 300 min nəfərdən çoxu bu səfəri piyada yürüşlə həyata keçirirlər. 
 

Google+ WhatsApp ok.ru