İmam Rzanın (ə) hərəmində izdihamlı `Nimeyi-Şəban` gecəsi - FOTO

İmam Rzanın (ə) hərəmində izdihamlı `Nimeyi-Şəban` gecəsi - FOTO

"Nimeyi-Şəban" (şəban ayının 15-i) gecəsini İmam Rzanın (ə) pak hərəmində keçirmək üçün yüz minlərlə zəvvar İranın Məşhəd şəhərinə axın edib.
 
Həzrət İmam Mehdi Sahibəz-Zamanın (ə) mövludu gecəsində İmam Rzanın (ə) hərəmində olan zəvvarlar, bu gecənin bərəkətindən maksimum faydalanmağa çalışıblar. Quran oxumaq, dua etmək, tövbə diləməklə yanaşı, zəvvarlar bu gecənin mövludunun sahibinin tez zuhur edib, dünyanı zülmətdən nura çıxartmasını Allahdan diləyiblər.
 
İmam Rzanın (ə) hərəmindəki rəngli işıqlar, gözəl ətirli güllər də bayram gecəsinə xüsusi ovqat qatıb. (deyerler) /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru